“Ermənistan parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komissiyasının iclasında qeyri-döyüş şəraitində ölən hərbçilərlə əlaqədar açılmamış cinayət işləri müzakirə olunub. Ölən əsgərlərin valideynləri illərdir övladlarının ölümünün səbəblərinin müəyyən edilməsi üçün mübarizə aparır”.
Teleqraf.com xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.
Məlumatda bildirilib ki, iclas bağlı qapılar arxasında keçib: “İclası çıxış sözü ilə açdıqdan sonra komissiyanın sədri Naira Zohrabyan (Çiçəklənən Ermənistan Partiyası) jurnalistlərə qapını göstərdi: “İstintaq sirrini əks etdirən məlumatlar səslənə bilər”.
İclas başladıqdan təxminən 40 dəqiqə sonra otaqdan qışqırıqlar eşidildi. Sonra Ermənistanın Tavuş bölgəsindəki hərbi hissədə intihar edən əsgər Arsen Mxitaryanın atası iclas salonunu tərk etdi. Artur Mxitaryan müstəntiqlərin valideynlərinə lağ etdiyini bildirdi və jurnalistləri içəri girməməyə çağırdığını dedi. Jurnalistlərə dedi ki, “baş verənləri kameraya çəkin”.
Bundan sonra deputatlar onu geri qayıtmağa çağırdılar”.
Lakin jurnalistlərin içəri girməsindən sonra iclas təxirə salınıb. Valideynlər iddia edir ki, dövlət orqanlarının nümayəndələri cinayət faktlarını təhrif etməkdə və bu olaylarda birbaşa iştirak edir:
“Əslində danışmaq əvəzinə çoxdan rədd edilmiş variantları təkrarlayır, valideynləri incidirlər, yayındırıcı cavablar verirlər.
Jurnalistlərin salona daxil olmasından sonra təhlükəsizlik orqanlarının əməkdaşları görüşü tərk etmək istədiklərini elan etdi. Habelə valideynlərin hər biri ilə görüşü ayrıca davam etdirməyi təklif etdi. Təklif cinayət işlərinin eyni ssenaridə aparılması səbəbi ilə rədd olundu.
Valideynlər istintaq zamanı törədilən cinayətlərə təsir göstərən bütün sübutları təqdim etmək mümkün olan açıq ictimai müzakirəni tələb etdilər. Dövlət qurumlarının nümayəndələri isə onlara cavablarında “hər şeyi müzakirə edəcəyik, amma sonra” deyərək iclas salonundan çıxdılar”.