İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun mühafizəçiləri tərəfindən döyülən vətəndaşlardan üzr istəyib.
Teleqraf.com xəbər verir ki, o, Beylikdüzündə işıqforda ailəsinin gözü qarşısında üstünə silah çəkib döyülən vətəndaşların ailəsi ilə təmasda olduğunu söyləyib.
"Mühafizəçilərin təəssüf ki, vətəndaşlarla qəbuledilməz dialoqu olub. Hücum çəkmə, yumruqla vurmaq kimi hərəkətlər qəti şəkildə pislənilir. Mənimlə çalışan heç kəsin uyğunsuz davranışına icazə vermərəm, kimsə həddini aşan davranış sərgiləyə bilməz, buna izin verməyəcəyəm də. Bu cür, tərəflərin bir-birinə təpik, yumruq vurduğu görüntülər çox yayılıb, amma bu situasiyada belə şeylər olmayıb. Mühafizəçilər ailədən üzr istədilər, onlar da qəbul etdi. Mən də öz növbəmdə ailədən üzr istəyirəm, onlarla görüşəcəyəm", - deyə İmamoğlu bildirib.