6 Noyabr 2019 10:56
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda etiraz aksiyaları zamanı üç deputatın evi yandırılıb.

Teleqraf.com xəbər verir ki, “Şairun” koalisiyası millət vəkili Naci əl-Səid, “Əl-Fətih” koalisiyasından Muna əl-Qurabi və Zeynəb əl-Hazrecinin evi mitinqçilər tərəfindən yandırılıb.

Hadisə zamanı insan itkisi olmayıb, mülki müdafiə qrupları yanğını söndürməyə çalışıb.

Qeyd edək ki, İraqda korrupsiya və sosial xidmətlərin zəifliyi ciddi aksiyalara səbəb olub. Aksiyalar ötən ayın 1-dən başlayıb və hələ də davam edir.

BMT-nin İraq missiyası bu günə qədər aksiyalarda 254 nəfərin öldüyü, minlərcə insanın yaralandığını açıqlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər