10 Noyabr 2019 09:43
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada daşınmaz əmlakın qiyməti baha olsa da, Siciliya adasında pulsuz evlər paylanılır.

Teleqraf.com xəbər verir ki, bazar şərtlərinə görə, evlərin qiyməti 133 min avrodan başlayaraq 2,8 milyonadək dəyişsə də, Siciliyanın mərkəzində yerləşən və orta əsrlərdə tikilmiş Kammarata şəhərində bu pulsuz evlər əldə etmək mümkündür. Bunun üçün bəzi öhdəlikləri yerinə yetirmək lazımdır.

Pulsuz ev əldə etmək istəyənlər 3 il ərzində onu rekonstruksiya etməlidirlər və bunun üçün artıq dəqiq plan olmalıdır. Rekonstruksiya evin xarici ilkin görünüşünü dəyişməməlidir. Təmir qiymətləri isə həddindən artıq bahadır. Bazar qiymətlərinə əsasən, şəhərdə bir kvadratmetrlik sahənin təmiri 700 avro civarındadır. Təmirdən öncə ev sahibi bələdiyyəyə 5 min avro beh ödəməlidir.

Kammarata şəhəri sürətlə boşalır. Hazırda burada 6300 nəfər yaşayır. Evlərin çoxu atılmış və yarımdağılmış vəziyyətdədir. Hazırda 8 ev bağışlanmaq üçün gözləyir. Daha 100 ev atılmış vəziyyətdə bələdiyyənin hesabındadır. Pulsuz ev almaq istəyənlər arasında üstünlük gənc ailələrə verilir. Dünyaya uşaq gətirmək istəyənlərə isə əlavə 1000 avro hədiyyə verilir. Evləri biznes məqsədilə də istifadə etmək olar, onları restavrasiya edib otel halına gətirməyə icazə var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər