"Bank Asiya" üçün 250 min dollarlıq elan
Nur camaatının Amerikada yaşayan lideri Fəttullah Gülən batan bankını xilas etmək üçün "New York Times", "Vaşinqton Post", "Çikaqo Tribune", "Wall Street Journal" və "Los Angeles Times" qəzetlərinə elan verib.
Elanda tərəfdarlardan kömək istənilir. "Bank Asiya" batır, təcili pul qoyun"! Gülən camaat üzvlərindən dəyərli əşyalarını satmalarını, əllərində olan qızılları banka vermələrini xahiş edir.
Qeyd olunur ki, Gülən camaatı yuxarıda adları qeyd olunan qəzetlərdə elan vermək üçün 250 min dollar pul xərcləyib.
Gülən camaatına məxsus olduğu bildirilən "Bank Asiya" keçirdiyi böhran üzündən bağlanmaq təhlükəsi qarşısında qalıb.
Ayxan