15 Noyabr 2019 23:25
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Türkiyə S-400 və F-35-lərlə bağlı birgə mexanizmin yaradılması barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

İ.Kalın əlavə edib ki, Türkiyə S-400-lərdən imtina etməyəcək: "Artıq bu kompleks isə düşüb. Vaxtilə ABŞ bizi sanksiya ilə hədələyirdi. İndi bu məsələ geridə qalıb. NATO prosesdə iştirak etmir. ABŞ və Türkiyə yaranmış problemin həlli üçün birgə mexanizmin yaradılması barədə razılığa gəliblər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər