18 Sentyabr 2014 17:52
3 799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və İraqda törətdikləri qətliamlarla dünyanın gündəmini zəbt edən “İraq-Şam İslam Dövləti” terror təşkilatının Youtube-a yeni bir videosu yüklənib.

Teleqraf.com cumhuriyet.com-a istinadən xəbər verir ki, yüklənən videoda iki nəfər diqqət çəkir. Bu şəxslərdən birinin üzərində İŞİD loqolu köynək görünür. İstanbulda Kabataş ilə Bağçılar arasında hərəkət edən tramvayda çəkildiyi anlaşılan görüntülərdə sərnişinlərin narahat olduğu, həmin şəxslərdən birinin mobil telefonu ilə məşğul olduğu, digərinin də başının qabağa əyildiyi diqqəti çəkir.

Görüntülərdəki şəxslərin İŞİD üzvü olduğu iddia olunur.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: