20 Noyabr 2019 17:17
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda nəşr olunan “Keyhan” qəzeti benzinin bahalaşmasına etiraz edən insanları edamla hədələyib.

Teleqraf.com xəbər verir ki, qəzetdə dərc olunan məqalədə nümayişlərdə iştirak edən insanların əksəriyyətinin əcnəbi dillərdə danışdığı iddia olunub.

Məqalədə etirazçıların başqa dillərdə danışdığı və buna görə də onların İran vətəndaşları olmadığı bildirilib.

Etirazçılar “xaricdən gələn iğtişaşçılar” adlandırılıb. Nəşr həmçinin həbs edilən aksiya liderlərini “xarici xüsusi xidmət orqanlarına bağlı qüvvələr” adlandırıb və onları edam cəzasının gözlədiyini yazıb.

Qəzet noybarın 17-də yaydığı məqalədə etirazların davam edəcəyi təqdirdə, təhlükəsizlik orqanlarının əməkdaşlarının küçələrə çıxanları güllələyəcəyini bildirmişdi.

Əlavə edək ki, “Keyhan” qəzeti İranın dini lideri Əli Xameneyinin nümayəndəsi Hüseyn Şəriətmədariyə məxsusdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər