23 Noyabr 2019 09:16
1 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə iki nəfərin detektorlarla kəşf edib oğurladığı 3 milyon sterlinq dəyərindəki vikinq dəfinəsinin ölkə tarixini dəyişəcəyini iddia edilir.

Teleqraf.com xəbər verir ki, Corc Povell və Leyton Devis adlı iki şəxs 2015-ci ildə Herfordşirdə apardıqları qazıntı işində təxminən 300 ədəd sikkə tapıb.

1100 illik tarixi olan xəzinə haqda kimsəyə məlumat verməyən şəxslər əsərləri qaçaqmalçılara satıb. Hər iki şəxs bu səbəbdən həbs edilib.

Bəzi sikkələrin bir üzündə Uesseks Kralı Alferin, digər üzündə isə Mersiya Kralı Kovulfun rəsmləri yer alıb.

Tarixçilər bu iki krallığın bu günədək məlum olmayan bir ittifaq içində olduğu ehtimalını araşdırmağa başlayıb. Bu isə vaxtilə əsrlərlə müstəqil krallıqlar tərəfindən idarə olunduğu bildirilən İngiltərənin daha erkən birləşməyə başladığı iddiasının yayılmasına yol açıb.

Mütəxxəssislər bu dəfinənin vikinqlər tərəfindən basdırıldığını ehtimal edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər