Suriyadan kütləvi şəkildə silahlıların Rusiyaya keçməsini önləmək mümkün oldu.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib ki, Suriyadakı terrorçu dəstələrə qarşı əməliyyat Rusiya Silahlı Qüvvələri üçün ciddi peşəkarlıq imtahanı oldu:
“Bir daha qeyd etmək istəyirəm: hava-kosmik qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xüsusi Əməliyyat Qüvvələrinin, hərbi polisin, digər idarə və xidmətlərin şəxsi heyəti qarşıya qoyulmuş vəzifələrin tam öhdəsindən gəldi, cəsarətli, bacarıqlı və peşəkarcasına hərəkət etdi. Onlar bu ərazilərdən yaraqlıların ölkəmizə kütləvi şəkildə gəlişinə imkan vermədilər”
Putin bundan əvvəl Rusiyanın Suriyada onun gözlədiyindən daha çox şeyə nail olduğunu bildirmişdi. Rusiya Prezidenti qeyd etmişdi ki, Rusiyaya və ya qonşu ölkələrə qayıtmağı planlaşdıran çoxlu sayda silahlı məhv edilib.