İki aydan sonra Tvitterə qayıtmaq gözəldir. Hekayənin görünməyən tərəfləri üçün bir qədər gözləyin.
Teleqraf.com xəbər verir ki, bu sözləri özünün Tvitter hesabında ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton yazıb.
Şəxsi hesabına Ağ Ev tərəfindən müdaxilə olunduğunu önə sürən Bolton əlavə edib ki, vəzifəsindən istefa verəndən sonra haqsız olaraq təzyiqlə üzləşdiyi Tvitter hesabını nəhayət xilas edə bilib: “Ağ Ev şəxsi Tvitter hesabıma daxil olmağımı təmin etməkdən boyun qaçırdı. Deyə biləcəklərimdən qorxduqları üçünmü? Ortadan yoxa çıxdığımı deyənlərdən üzr istəyirəm. Sizi xəyal qırıqlığına uğratdım”.
Qeyd edək ki, Con Bolton sentyabrın 10-da Tvitter hesabında istefa verdiyini elan etmiş, bundan sonra sosial şəbəkə hesabında hər hansı açıqlama verməmişdi.
Bolton iddia edir ki, onun Tvitter hesabına daxil olmasına Ağ Ev əngəl yaradıb.