19 Sentyabr 2014 19:21
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmənin paytaxtı Sanada ordu birlikləri və Husi Ensarullah hərəkatı arasında dünən gecə gedən döyüşlərdə 60 nəfər ölüb.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən 15 nəfər ordu döyüşçüsü, 45-i isə hərəkat xadimi olub.

Polis mənbələri qarşıdurmaların səhər saatlarına qədər davam etdiyini və hər iki tərəfdən çoxlu sayda yaralı olduğunu bildirib. Ölü sayının artacağı istisna edilmir.

Şahidlər ən şiddətli qarşıdurmaların dövlət televiziyası və Əl-İman məscidinin ətrafında baş verdiyini, Husi xadimlərinin televiziya binasını hədəf alan hücumlar təşkil etdiyini qeyd ediblər.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər