“Türkiyədə erkən parlament seçkilərinin keçiriləcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
O, 2023-cü ildən tez parlament seçkilərinin keçirilməyəcəyini bildirib: “Seçkilərin tarixi 2023-cü ilin iyun ayıdır. Erkən seçki tələbləri yanlışdır. Hər kəs işini 2023-cü ilə görsün, xalq seçkilərdən yorulub. Siyasi polemikaya ayıracaq vaxt yoxdur”.
MHP lideri erkən seçkilərlə bağlı yanlış məlumatların yayılmasına görə CHP-ni ittiham edib.