29 Noyabr 2019 09:09
1 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Milli Astronomiya Mərkəzinin professoru Li Jifenq Süd Yolu qalaktikasında Günəşdən 70 dəfə böyük bir qara dəlik kəşf olunduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, professor “LB-1” adlanan qara dəliyin kəşf olunmasının elm adamlarının bura qədər olan ehtimallarını alt-üst etdiyini bildirib.

Jifenqin sözlərinə görə, elmi nəzəriyyələr və ehtimallar indiyədək Süd Yolunda bu həcmdə qara dəliyin olmasını inkar edirdi.

Dünyanın da yerləşdiyi qalaktikada aşkar olunan “LB-1” Yer kürəsindən 15.000 işıq ili məsafədə yerləşir.

ABŞ-ın Kaliforniya İnstitutunun elm adamı David Ritz yeni kəşf haqda bunları deyib:

“Elmi nöqteyi-nəzərdən bu qara dəlik qalaktikamızda olmamalı idi. Texniki olaraq bu boşluqda tarazlıq olmadığı üçün qara dəliyin əmələ gəlmə prosesi getməməli idi”.

O, Süd Yolunda 100 milyon qara dəliyin olduğunu, lakin “LB-1”-in bunlardan iki dəfə böyük olduğunu açıqlayıb.

Məlumatda “LB-1”-in Çinin LAMOST teleskopu tərəfindən kəşf edildiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər