İraqın Nəsiriyyə şəhərində baş verən etiraz aksiyalarında 29, Bağdad və Nəcəfdə isə 6 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, İraq ordusu hökumət əleyhinə gedən aksiyaları odlu silahlardan istifadə edərək dağıtmaq istəyib.
Nəcəf şəhərində İran konsulluğunun yandırılmasından sonra Baş nazir Adil Əbdülmehdi aksiyalara müdaxilə etmək üçün orduya göstəriş vermişdi.
Nəsiriyyədəki qətliamdan sonra isə baş nazir bölgəyə göndərdiyi komandan Cəmil Şumarini vəzifəsindən uzaqlaşdırıb.
Digər yandan, İraq şiələrinin lideri Müqtəda əs-Sədr daha çox qan tökməmək tələbi ilə hökuməti istefaya çağırıb.