İtaliya parlamentinin deputatı Di Muro ali kürsüdən sevgilisinə evlənmək təklifi edib.
Teleqraf.com xəbər verir ki, deputat ölkdə zəlzələdən sonra həyata keçirilməsi vacib olan işlərin fəal müzakirə edildiyi bir zamanda sevgilisinə evlənmək təklifini irəli sürüb:
“Bu vacib müzakirələri kəsəcəyim üçün məni bağışlayın. Sizə deyil, tribunada əyləşən qız dostuma müraciət edəcəyəm.
İtaliyalı parlamentari daha sonra cibindən üzüyünü çıxararaq “Eliza mənimlə evlənərmisən” deyə qıza müraciət edib.
Spiker Roberto Fiko isə üzünü deputata tutaraq: “Mən sizi anlayıram, amma heç yeri deyildi” sözləri ilə narazılığını ifadə edib.
Tribunadan parlamentin iclasını müşahidə edən Elisa isə evlənmə təklifinə hansı cavab verdiyi bəlli olmayıb.