Somalinin xüsusi təyinatlı birləşmələrinin bölmələrindən biri ölkənin cənubundakı Aşağı Şabelle vilayətində antiterror əməliyyatı keçirib.
Teleqraf.com xəbər verir ki, əməliyyat nəticəsində "Əl-Şəbab" ekstremist qruplaşmasının 20 silahlısı məhv edilib.
Bölmə komandiri Osman Abdi Malikin sözlərinə görə, xüsusi təyinatlı döyüşçülər dörd yaşayış məntəqəsini federal hökumətin nəzarətinə qaytarıb.