22 Sentyabr 2014 21:13
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada layihə üçün ölünü təqlidi edərək şəkil çəkdirən sənətçinin fotoları İnterpolda istintaqının başlamasına səbəb oldu.

Teleqraf.com-un xarici mətbuata istinadən məlumatına görə, Ziqrid Flekseder və Kristian Tomas birlikdə "Ölümün 4 mövsümü" adlı bir layihə hazırlayıb. Flekseder çəkiliş üçün relslər üzərində yatan bir ölü roluna canlandırıb. Şəkilləri çap etmək üçün nəşriyyata göndəriblər.

Çap mərkəzində əməkdaşları gördükləri şəkillər qarşısında nə edəcəklərini biləməyərək Almaniyadakı mərkəz ofislərinə xəbər veriblər.

Fotoları analiz edən mərkəzin işçiləri isə vəziyyət barəsində Interpola xəbər veriblər.

"Cinayəti"i araşdıran dedektivlər şəkillərin göndərildiyi ünvana gedərək ipuçları toplamağı planlaşdıblar. Gəldikdə isə qarşılarında Fleksederi görüblər.

Flekseder mövzu ilə əlaqədar bunları söyləyib: "Kimin daha çox çaşdığını bilmirəm. Qarşımda İnterpolun görən mən mi? Yoxsa yaşayan bir cəsədlə qarşılaşan onlar mı?"

Teleqraf.com fotoları təqdim edir :


Müəllif: