İranın rabitə və informasiya kommunikasiya texnologiyaları naziri Cavad Azəri Çehromi general Qasım Süleymaninin öldürülməsini təlimatını verən ABŞ Prezidenti Donald Trampın kostyumlu terrorçu olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, o, Tvitter hesabında Trampın İranın 52 hədəfini vurulacağı ilə bağlı fikirlərinə münasibət bildirib.
"İŞİD kimi, Hitler kimi, Çingiz xan kimi. Hamısı mədəniyyətlərə nifrət edir. Trump kostyumlu terrorçudur. Tezliklə tarixi öyrənəcək, heç kim böyük İran millətini və mədəniyyətini məğlub edə bilməz ", - deyə Azəri Çehromi qeyd edib.