5 Yanvar 2020 16:29
3 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Əbdülkərim Xələf iranlı general Qasım Süleymanini Bağdad hava limanına gətirən təyyarənin ekipaj üzvlərinə qarşı cinayət işi açıldığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, Xələf istintaq komitəsinin hava limanındakıların Süleymaninin öldürülməsi ilə əlaqədar əvvəlcədən məlumatlı olduğu barədə şübhəli məqamlar ortaya çıxardığı üçün hər kəsin istintaqa cəlb olunacağını bildirib.

Süleymaninin təyyarəsinin eniş saatı barədə xəbəri ABŞ-a çatdıran şəxslərin kimliyi üzə çıxmasa da, təyyarədəki iki şübhəli, eləcə də Bağdad hava limanında hücumla əlaqəsi olduğu güman edilən bir qrup şəxs saxlanılıb.

Məlumatlara görə, İsrailin Baş naziri Benyamin Netanyahu hökumət üzvlərinə hücum haqda danışmamaq təlimatı verib.

İsrailin "The Jerusalem Post" qəzetinin yazdığına görə, Süleymaniyə yönəlik əməliyyatda İsrailin rolu olsaydı, Mossad dərhal bunu elan edərdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər