23 Sentyabr 2014 00:08
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD ona qarşı hava zərbələri endirən Fransa hökumətini təhdid edib.

Axar.az xəbər verir ki, təşkilatın media müşaviri Əbu Məhəmməd Əl-Adnani təşkilat üzvlərini ABŞ və Fransaya qarşı döyüşməyə çağırıb.

Adnani hava zərbəsi endirən ABŞ və Fransa vətəndaşlarının öldürüləcəyini bəyan edib. “Edə biləcəyimiz ən yaxşı əməl Fransa, ABŞ və onları dəstəkləyən dövlətlərin vətəndaşlarını öldürməkdir”, - deyən Adnani adıçəkilən ölkələrin etdikləri əməllərə görə peşman olacağını bildirib.

Xatırladaq ki, Fransa iyuldan başlayaraq İŞİD-ə qarşı hava hücumu reallaşdıran ABŞ-dan sonra əməliyyatlara qoşulub.


Müəllif:

Oxşar xəbərlər