8 Yanvar 2020 14:52
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəyyən bir mərhələdə Rusiya qazı Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə qoşula bilər”.

Teleqraf.com “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

Həm Azərbaycan, həm də Rusiyanın neft və qaz ölkələri olduğunu xatırladan səfir qeyd edib ki, hər iki ölkə karbohidrogenləri özləri istehsal edir:

“Bu istiqamətdə tərəflər arasında əməkdaşlıq var, Azərbaycanda neft və qaz-kondensat yataqlarının işlənməsində Rusiyanın iştirakı mövcuddur. Kim bilir, bəlkə də qazımız TANAP layihəsinə qoşula bilər, mən bunu istisna etmirəm”.

Boçarnikov Azərbaycanı TANAP layihəsinin işə başlaması münasibətilə təbrik edib və qeyd edib ki, Bakı artıq öz bəhrələrini tam götürə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər