Donbasda rus separatçılarının əlində 700 ukraynalı əsir var.
Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna baş istintaq idarəsinin rəisi Vasil Vovk açıqlama verib.
O bildirib ki, bundan əlavə idarəyə 1700 nəfərin yaxınları və qohumları tərəfindən axtarıldığı məlumatı daxil olub.
Vovk danışıqlar prosesinin davam etdiyini və əsirlərin qaytarılması üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edib.
Dünən verilən məlumatlara görə, artıq təxminən 1200 nəfər ukraynalı hərbçi əsirlikdən azad olunub.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.