11 Yanvar 2020 10:56
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ donanmasına məxsus “USS Farragut” döyüş gəmisini Oman dənizində müharibə təhlükəsi yaratmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Nazirlik rus gəmilərinin Oman dənizində ABŞ donanmasına təhlükə yaratmadığını iddia edərək, rəsmi Vaşinqtonu təkzib edib:

“Yanvarın 9-da ABŞ döyüş gəmisi rus gəmisinin hərəkətinə mane olmaq üçün təhlükəli məsafədə manevr edərək, beynəlxalq hüquq normalarını pozub”.

ABŞ-ın 5-ci Donanması iki gün əvvəl Oman dənizində rus döyüş gəmisinin Amerika gəmisinə təhlükəli məsafədə yaxınlaşdığı iddia edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər