ABŞ Yaxın Şərqi təhlükəli bir situasiyaya sürükləyir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
O, əlavə edib ki, Vaşinqton həyata keçirdiyi cinayətlər ə görə üzr istəməlidir.
Bölgənin təhlükəsiz vəziyyətdə olmadığını iddia edən İran prezidenti “Bu, sabah ABŞ əsgərləri üçün də keçərli ola bilər. Onlar da təhlükədə ola bilər” ifadəsini işlədib.
İran prezidenti Yaxın Şərqdəki bütün xarici hərbi qüvvələri bölgəni tərk etməyə çağırıb.