16 Yanvar 2020 11:54
2 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş deputat, politoloq Viktor Tyulkin Rusiyada hökumətin istefasına səbəb olan Prezident Vladimir Putinin çıxışını şərh edib.

Teleqraf.com xəbər verir ki, Tyulkin Putinin ölkədə artan yoxsulluq və bərabərsizliyi etiraf etdiyini, lakin bunun səbəblərini ustalıqla gizlətdiyini deyib.

Ekspertin fikrincə, Putin çıxışında ancaq sinfi bərabərsizlik məsələsinə toxunsa da, bunun səbəblərini açıqlamır: “Putin qeyd edir ki, birlikdə ölkənin inkişafını təmin edə bilərik. Amma özü də deyir ki, Rusiyada oliqarxların öz, sadə insanların öz dünyaları var”.

Tyulkin hesab edir ki, etiraflarına baxmayaraq, Rusiya prezidenti cəmiyyəti köşəyə sıxışdıran bürokratik ordunun necə yarandığını və hansı prinsiplərlə işlədiyini çox yaxşı bilir:

“Əlbəttə, o, hökumətin verdiyi vədləri yerinə yetirmədiyini də deyir, amma niyə yetirmədiyindən bəhs etmir. Putin sərmayənin bəslədiyi bürokratik ordunun necə işlədiyindən xəbərdar deyil?”

Tyulkinin qənaətinə görə, cəmiyyətin oliqarxlara qarşı mübarizəsi birbaşa Putin sayəsində hiss olunan səviyyədə zəifləyib.

Politoloq rusları Putinin sözlərinə aldanmamağa və mübarizə aparmağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər