20 Yanvar 2020 12:15
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərində hakimiyyət əleyhinə yenidən kütləvi etiraz aksiyaları başlayıb.

Teleqraf.com xəbər verir ki, polis etirazlara bibər qazı və su şırnaqları ilə müdaxilə edib.

Qazdan zəhərlənən 27 nəfər xəstəxanalıq olub. Paytaxtın ayrı-ayrı istiqamətlərində baş verən partlayışda 3 nəfər yaralanıb.

Digər şəhərlərdə də dövlət qurumlarını mühasirəyə alan etirazçılar avtomobilləri yandırmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər