23 Sentyabr 2014 18:12
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə baş naziri David Kameron ABŞ-ın 5 ərəb ölkəsi ilə birgə keçirdiyi “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hava əməliyyatını dəstəklədiyini deyib.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Kameron bu barədə BMT Baş Assambleyasının sessiyası ərəfəsində çıxışı zamanı danışıb. O bildirib ki, Böyük Britaniya İŞİD təhlükəsinə qarşı beynəlxalq səylərə daim yardım etməyə hazırdır: “İngiltərə terrora qarşı mühüm hərbi dəstək verir. Bunlar kürdlərə silah tədarükü və ingilis təyyarələrinin müşahidə əməliyyatlarına dəstəkdir”.

Bu arada ingilis mətbuatında verilən xəbərlərə görə, İŞİD-ə qarşı keçirilən əməliyyatlarda İngiltərənin mümkün rolunun müzakirə edilməsi üçün İngilis parlamenti bu həftə toplaşacaq.

Mətbuatda həmçinin ötən il İngiltərənin Suriyaya hava əməliyyatı aparılmasına qarşı çıxan bir qrup deputatın İŞİD əməliyyatında İngiltərənin aktiv rol almasına da narazılıq bildirəcəyi qeyd olunur.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər