22 Yanvar 2020 16:08
1 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail baş nazirinin mətbuat xidməti sosial şəbəkədə yaydığı açıqlamada Fransa Prezidenti Emmanuel Makronu” Rusiya dövlət başçısı” kimi təqdim edib.

Teleqraf.com xəbər verir ki, Baş nazir Binyamin Neyanyahu Yerusəlim şəhərində Fransa prezidenti ilə görüşüb.

İki liderin görüşünün detalları haqda məlumat verməsə də, İsrail baş nazirinin mətbuat xidməti böyük bir xətaya yol verib.

Mətbuat xidmətinin Feysbuk səhifəsində yayılan açıqlamada “Baş nazir Netanyahu Rusiya dövlət başçısı Makronu qəbul etdi” ifadəsinə yer verilib.

Açıqlamanın verilməsindən saatlar keçməsinə baxmayaraq, yanlış aradan qaldırılmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər