Koronavirus Almaniyada da qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Almaniyanın Bavariya əyalətinin Səhiyyə idarəsi Starnberq bölgəsində bir nəfərdən koronavirusu aşkarlandığını bildirib.
Qeyd edilir ki, infeksiya qrupu həmin şəxsi xəstəxanaya çatdırıb və durumu normaldır.
Səhiyyə Nazirliyi əlavə edib ki, Bavariya əyalətində insanların yeni tip koronavirusuna yoluxması ehtimalı çox azdır.