Elazığda 6.8 bal gücündə güclü zəlzələdən sonra tətilə yollandığı üçün sərt tənqidlərə məruz qalan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu susqunluğu pozub.
Teleqraf.com xəbər verir ki, Əruzumda xizək sürərkən görüntüləri yayılan İmamoğlu ittihamlarla bağlı “Hürriyət” qəzetinin yazarı Əbdülqədir Səlvinin suallarını cavablandırıb.
Bələdiyyə sədri “Əkrəm İmamoğlu xizək sürməyə getmək üçün zəlzələ bölgəsindən keçdi” deyə kimi tənqidlər eşitdiyini bildirib: “Təbii ki, böhtan atmağın və ya sui-qəsd nəzəriyyəsinin nəticəsi yoxdur. Xoş niyyətli tənqidlər ola bilər, onlara hörmətlə yanaşıram, doğru olmadığını izah edirəm. Amma bundan çirkin məqsədlərlə istifadə edənlərə də İmamoğlu boyun əyməyəcək”.