31 Yanvar 2020 10:00
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Xarici İşlər Nazirliyi (XİN) Avrapa Parlamentindəki çıxışında Türkiyə bayrağını cıran yunan deputat Yoannis Laqosa etiraz edib.

Teleqraf.com xəbər verir ki, nazirliyin açıqlamasında deputatın davranışı yolverilməz adlandırılıb.

XİN-in açıqlamasında bu ifadələrə yer verilib:

“Yunanıstan milli simvolların təhqir edilməsini qəbul etmədiyi kimi, Türkiyənin milli simvolunun aşağılanmasını ən sərt formada qınayır. Neo-nasistlərin nümayəndələrinin qəbuledilməz davranışları Yunanıstan və Avropa dəyərlərindən uzaqdır. Bu, yunan cəmiyyətinin öz səsləri ilə parlamentdən qovduğu bir şəxsin özünü reklam cəhdidir. Neo-nasistlər yalnız özlərini təmsil edirlər”.

Əlavə edək ki, Yunanıstanın Avropa Parlamentindəki deputatı Yoannis Laqos sözügedən qurumun iclasından çıxışı zamanı Türkiyə bayrağını cırıb. Deputatın addımı Türkiyədə etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər