Rusiya aviasiyasının dəstəyi sayəsində İdlibdə qəsəbə və kəndlərə nəzarəti ələ alan Bəşər Əsəd qüvvələri burada islam tarixinin simvolu olan türbələri dağıdır.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, dünən Maar əl Numan qəsəbəsinin ələ keçirilməsinin ardından burada talançılığa başlayan Əsəd əsgərləri Deyrşaraqlı kəndində olan əməvi xəlifəsi Ömər bin Əbdüləzizin türbəsini dağıdıb.
İddiaya görə, əsgərlər türbəni yağmaladıqdan sonra onun bir hissəsini yandırıb. Daha sonra Suriya rejiminin rəsmi SANA agentliyi Ömər bin Əbdüləzizin yandırılan türbəsini göstərərək, onu terrorçulardan qalma türbə kimi təqdim edib.
İslam xəlifəsi Həzirəti Ömərin qız nəvəsi Ümmü Asimin oğlu Ömər bin Əbdüləziz dörd xəlifə dövründə nümunə olan davranışları və ədaləti səbəbindən 5-c xəlifə kmi tanınıb.
Hicaz valisi olduğu dövrdə ədalətli idarəetmə, zülmə səssiz qalmaması ilə sevilən Ömər Əbdüləziz Əməvi xəlifəsi seçiləndən sonra Qərbi Avropadan Hindistana qədər toplumların müsəlman olmasına vəsilə olub, həmçinin saraydakı bahalı əşyaları dövlət xəzinəsinə verməklə, qulları azad etməklə və xalqın bir nümayəndəsi kimi yaşamaqla müsəlmanların sevgisini qazanıb.