Yaponiyanın "Takanami" esminesi Ərəbistan dənizinin şimalı və Oman körfəzi sularında patrul xidmətinə yollanıb.
Teleqraf.com xəbər verir ki, "Takanami" esminesinin "Lockheed P-3 Orion" təyyarələri ilə birgə keşik çəkmə xidməti fevral ayının ortalarında başlayacaq.
Əməliyyat bir il müddətinə nəzərdə tutulub və 260 Yaponiyanın özünümüdafiə qüvvələrinin hərbi xidmətçisinin iştirakı ilə keçiriləcək.
Yaponiyanın Baş naziri Şinzo Abe Yaponiyanın istifadə etdiyi xam neftin təxminən 90 faizinin Ərəb dənizi və Oman körfəzi üzərindən nəql edildiyi üçün Yaponiya üçün önəm daşıdığını bildirib.
eyd edək ki, Yaponiyanın 2020-ci il büdcəsində Oman körfəzində patrul xidmətləri üçün 43 milyon dollar vəsait ayrılıb.