Hindistanda Kerala ştatında yeni koronavirus xəstəliyinə ikinci insan tutulub.
Teleqraf.com-un məlumatına görə, bu barədə "NDTV" telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.
Nazirlikdən bildirilib: "Yeni koronavirusla yoluxma hadisəsi ikinci dəfə Keraleda qeydə alınıb. Xəstə Çindən gəlmişdi. Vəziyyəti sabitdir və daim yoxlanılır".
Hindistanda yeni koronavirusla xəstələnməyin ilk hadisəsi də 30 yanvarda Kerala ştatında qeydə alınıb. Həmin vaxtda Çinin Vuhan şəhərindən gələn tələbə xəstələnmişdi.