3 Fevral 2020 11:08
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanı parçalayıb yerində 5 yeni ölkə qurmaq istəyirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

O, Ukrayna hakimiyyətinin üzərinə ölkənin suverenliyini gücləndirmək üçün böyük məsuliyyət düşdüyünü bildirib: “Əks halda, Ukrayna həqiqətən dağıla bilər”.

Ölkənin ayrı-ayrı bölgələrində oliqarxların öz ordularını qurduğunu iddia edən Saakaşvili vurğulayıb: “Bu insanlar asan şəkildə getməyəcəklər. Onlar Ukraynanı beş ayrı-ayrı dövlətə parçalamaq üçün plan hazırlayırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər