4 Fevral 2020 13:52
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Çindən dünyaya yayılan koronavirusla mübarizəyə qarşı yeni tədbirlər görməyə başlayıb. Bundan sonra virus daşıyıcısı və daşıyıcı şübhəsi olan əcnəbilər ölkəyə buraxılmayacaq.

Teleqraf.com xəbər verir ki, bu qərar Rusiyanın yeni hökumətinin müzakirəsindən sonra verilib.

Mixail Mişustinin rəhbərliyində toplanan yeni hökumət virus təhlükəsi, görüləcək tədbirlər və proflaktiki işlər mövzusunda müzakirələr aparıb.

Bəlli olub ki, Rusiyada çox sayda çinlinin olmasından və iki ölkə arasında fəal ictimai nəqliyyatın işləməsindən narahat olan ruslar maska almaq məqsədilə apteklərə axın ediblər. Xüsusilə, Çinlə sərhəd bölgələrdə yaşayan insanlar küçəyə çıxarkən maska taxırlar. Məlumata görə, artıq Çindən sonra Rusiyada da maska satışı əsl problemə çevrilib və çətin tapılan mallar kateqoriyasına daxil edilib.

Artıq maska idxalı üçün türk firmaları ilə müzakirələrə başlanılıb və Türkiyənin Rusiyaya maska göndərməyə başladığı bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər