6 Fevral 2020 01:16
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CEO World” jurnalı dünyanın ən bahalı ölkələrinin siyahısını dərc edib.

Teleqraf.com xəbər verir ki, siyahı hazırlanarkən bir sıra tədqiqatların və kütləvi informasiya vasitələrinin məlumatları əsasında 132 ölkədə həyatın səviyyəsi əsas götürülüb.

Təhlildə hər bir ölkə barəsində beş göstərici - həyatın qiyməti, kirayə haqqı, məhsulların qiyməti, evdən kənarda qidalanma və alıcılıq qabiliyyəti kimi göstəricilər üzrə ballar tərtib edilib. Ölkələrin həyat səviyyəsi ölçülərkən əsas meyar Nyu-York götürülüb. Hansı ölkədə həyatın Nyu-Yorkdan bahalı, yaxud ucuz olduğunu balların miqdarı göstərib. Məlum olub ki, yalnız üç ölkə həqiqətən Amerika meqapolisinin göstəricilərinə çatıb: İsveçrə (122,4), Norveç (101,43) və İslandiya (100,48). Yaponiya bu siyahıda dördüncü yerdə olub.

Beləliklə, Norveç 2020-ci ildə dünyada ikinci ən bahalı ölkə hesab edilib.

İri ölkələr arasında Böyük Britaniya 27-ci (67,28), Almaniya 29-cu (65.26), ABŞ 20-ci (71,05), və Kanada 24-cü (67,62) yerləri tutublar.

Reytinq əmlak alışı və kirayənin, ən mühüm qida məhsullarının və xidmələrinin qiymətləri, ölkə əhalisinin alıcılıq qbiliyyəti əsaında hazırlanıb.

Reytinqdə Rusiya 82-ci, Ermənistan 109-cu, Qazaxıstan 117-ci, Azərbaycan 120-ci, Gürcüstan 123-cü sıradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər