İsrail qırıcıları Suriyanın paytaxtı Dəməşqdə müxtəlif hədəflərə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, hava zərbələri paytaxtın Kisva, Marj əl-Sultan, Bağdad körpüsü və cənubi izra bölgələrinə endirilib.
Bəşər Əsəd rejiminə aid media ölkənin hava müdafiə sistemlərinin Dəməşqə raket hücumunu dəf etdiyini elan edib.
Hava zərbələri zamanı paytaxtın müxtəlif istiqamətlərində şiddətli partlayış səslərinin eşidildiyi qeyd edilir.