ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Teleqraf.com sabah.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Katlin Hayden bildirib.
Onun sözlərinə görə, görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasında dövlət və hökumət rəhbərlərinin şərəfinə verilən ziyafət ərəfəsində baş tutub. Görüş zamanı liderlər “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının təhdidi də daxil olmaqla regional və qlobal məsələlərdə müttəfiqliyə razılaşıblar.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.