ABŞ prezidentliyinə namizəd, keçmiş vitse-prezident Co Bayden seçicilərlə görüşdə onu tənqid edən bir qadını təhqir edib.
Teleqraf.com xəbər verir ki, Bayden qadına “yalan danışan köpək sifətli poni” deyib.
Nyu-Hempşir şəhərində keçirdiyi görüşdə qadın Baydenə “Ayovadakı çıxışınızı necə açıqlaya bilərsiniz, seçkiləri qazanacağınıza niyə inanmalıyıq?” sualını ünvanlayıb.
77 yaşlı Co Bayden isə “Ayovadakı görüşümə qatıldınız?” sualı ilə qarşılıq verib. Gənc qadın isə iştirak etmədiyini bildirib.
Baydenin isə ona cavabı belə olub: “Əlbəttə getmədin, sən yalançı köpək sifətli ponisən”.