Vyetnamın paytaxtı Hanoya şəhərində 6 nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu hadisədən sonra Son Loi qəsəbəsində 10 min nəfər karantinə alınıb. Qəsəbənin ətrafında təhlükəsizlik tədbirləri görülüb. Polis ərazini nəzarətə götürüb.
Məlumata görə, bu, Çindən kənarda tətbiq olunan ən böyük karantindir.
Çində 1368 nəfər virusa yoluxaraq dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatından virusa yoluxanların ümumi sayının 59883 nəfərə çatdığı bildirilib.