14 Fevral 2020 12:30
2 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Macarıstanın Nasist Almaniyasından xilas edilməsinə dair 75 illik sənədlərin üzərindəki “məxfi” ibarəsini götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Budapeştə Azadlıq Körpüsü” adlı sənədlərdə Macarıstanın paytaxtı Budapeştin nasistlərdən azad edilməsinə dair bir çox kəşfiyyat məlumatı yer alıb.

SSRİ-yə bağlı II və III Ukrayna cəbhələri 1944-cü il oktyabrın 29-da nasistlərin nəzarət etdiyi bölgələrdə genişmiqyaslı hərbi əməliyyatlara başladı. 108 gün davam edən qarşıdurmalardan sonra Macarıstanın bir çox bölgəsi və Budapeşt nasistlərdən geri alındı

1945-ci il fevralın 13-da nəzarət tamamilə Qızıl Orduya keçdi.

Yayımlanan sənədlərdə Macarıstanın keçmiş dövlət başçısı İstvan Betlenin 1994-cü il 7 dekabr tarixində Qızıl Ordu tərəfinə keçməsi, fəhlələrin nasistlər tərəfindən əsir götürülməsi və yerli xalqın ələ salınması, Qızıl Ordunun Budapeştə daxil olmasından sonra yaranan vəziyyət və digər önəmli detallar yer almayıb.


Müəllif: Mənsur Rəğbətoğlu