Türkiyə Silahlı Qüvvələrinin 100-dən çox hərbi texnika yüklü konvoyu İdlibə çatıb.
Teleqraf.com xəbər verir ki, son günlər Əsəd ordusunun hücumlarına məruz qalan Türkiyə Silahlı Qüvvələri cavab addımları ilə yanaşı, İdlibə hərbi personal və konvoy göndərib.
Tank, top, silah- sursat daşıyan yük maşınları və zirehli tikinti texnikası yüklənmiş konvoy Reyhanlıdakı Cilvəgözü sərhəd qapısından keçid edərək İdlibə yollanıb.
Hərbi heyət və texnikanın İdlibdəki müşahidə məntəqələri ilə yanaşı, yeni yaradılan nəzarət nöqtələrində yerləşdiriləcəyi bildirilir.
Məlumatlara görə, TSQ konvoyunun keçidi zamanı bəzi suriyalı mülki şəxslər türk hərbçilərinə əl yelləyərək salamlayıb, sevgilərini nümayiş etdiriblər.