Türkiyəli professor Canan Karatayın dünyanı təhdid edən ölümcül koronavirusla bağlı yeni açıqlaması müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, Karatay koronavirus əleyhinə peyvəndin təsir göstərməyəcəyini iddia edib.
Onun sözlərinə görə, yenagə peyvənd təbii qidalanmaqdır: "Mən pediatr deyiləm, amma qrip peyvəndinin əleyhinəyəm. Hər il yeni virus növü aşkarlanır, buna görə də bütün viruslara qarşı peyvənd mümkün deyil. Fikrimcə, peyvəndin bir yolu varsa, o da hüceyrələrimizin güclü və sağlam olmasıdır".
Xatırladaq ki, Karatay bir müddət öncə koronavirusa qarşı maraqlı resept açıqlamışdı. Professor koronavirus və infeksiyalardan qorunmaq üçün ev sirkəsi, ev qatığı, turşu, turşu suyunun istehlak edilməsinin vacibliyini vurğulamışdı. Canan Karatay həmçinin qripə qarşı kəllə-paça yeyilməsini tövsiyə edərək bu yeməyin protein, balanslı yağ və vitaminlərlə bol olduğunu bildirmişdi.