Fevralın 17-də Rusiyalı həmkarları ilə Suriyanın İdlib əyalətində pisləşən vəziyyəti müzakirə etmək üçün Türkiyəli diplomat və hərbçilərdən ibarət nümayəndə heyəti Moskvaya gələcək.
Teleqraf.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun sözlərinə görə, səfər zamanı prezidentlər Vladimir Putin və Tayyib Ərdoğan arasında yeni görüşün keçirilməsinin vacibliyi məsələsinin qaldırılması planlaşdırılır.
8 və 10 fevral tarixlərində Ankarada iki ölkənin rəsmiləri arasında danışıqların iki mərhələsi keçib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin və Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin ölkələrinin rəhbərlik etdikləri nümayəndə heyəti Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə məsləhətləşmələr, həmçinin Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ilə söhbət aparıb. Görüş zamanı əsasən İdlib zonasındakı vəziyyət müzakirə edilib.