18 Fevral 2020 16:45
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail dünyanı təhdid edən ölümcül koronavirusla mübarizə ilə əlaqədar Şərqi Asiya ölkələrinə gedənlərin ölkəyə girişinə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, İsrailin Daxili İşlər naziri Aryeh Deri Tayland və Sinqapuru, eləcə də Çinin Honq Konq və Makao xüsusi inzibati bölgəsini ziyarət edən xarici vətəndaşların son iki həftə ərzində ölkəyə qəbul edilməyəcəyini söyləyib.

Nazir qərarın İsrail Səhiyyə Nazirliyinin tövsiyəsi ilə qəbul olunduğunu açıqlayıb.

Qərar gələn həftə qüvvəyə minəcək.

Xatırladaq ki, İsrail Səhiyyə Nazirliyi daha əvvəl Çinə səfər etmiş əcnəbilərin girişinə qadağa qoymuşdu.


Müəllif: Nərgiz