18 Fevral 2020 20:43
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Milli Ordusunun komandanı, qiyamçı general Xəlifə Haftarın ordusu Tripoli limanına raketlə hücum təşkil edib.

Teleqraf.com xəbər verir ki, Tripoli limanından ətrafa qatı tüstü yayılıb, ciddi maddi ziyan dəydiyi bildirilir.

Hücum nəticəsində ölənlərin olub-olmadığına dair hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Tripoli limanında ötən gün kiçik gəmilərdə 17 fevral inqilabının 9-cu ildönümü qeyd edilmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər