ABŞ Ədliyyə Nazirliyi ölkənin baş prokuroru Vilyam Barın işdən çıxarılma ehtimalının nəzərdən keçirildiyinə dair mediada yayılan xəbərləri təkzib edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Tvitter”də nazirliyin nümayəndəsi Kerri Kupek yazıb.
“Baş prokuror istefa verməyi planlaşdırmır”, – deyə o bildirib.
Qeyd edək ki, “Vaşinqton Post” qəzeti V.Barın ABŞ Prezidenti Donald Trampın “Tvitter”də yazdığı post səbəbindən vəzifədən getməyi düşündüyünü yazmışdı.
Ağ Evin sözçüsü Stefani Qrişemin bildirdiyinə görə, D.Tramp “Tvitter”də Ədliyyə Nazirliyinin onun işinə mane olduğunu iddia edən baş prokuroru vəzifəsindən azad etməyəcək.