ABŞ Müdafiə naziri Mark Esperin İraqın keçmiş Baş naziri Adil Əbdülmehdiyə yazdığı gizli məktub mətbuata sızdırılıb.
Teleqraf.com xəbər verir ki, məktubda İraqa Patriot müdafiə sistemi qurulması tələbinin irəli sürüldüyü üzə çıxıb.
Adil Əbdülmehdinin ofisindən sızdırılan məktubda Esper tərəfindən İranın ABŞ hərbçilərinin olduğu Ayn əl-Esad və Ərbil hərbi bazalarına hücumundan sonra İraq hökumətindən bu bazalara Patriot sisteminin qurulması istənilib.
Məlumata görə, ABŞ müdafiə naziri İraqın hava hücumundan müdafiə sisteminin kifayət etmədiyini vurğulayıb.
Esperin məktubuna cavabında Əbdülmehdi bu məsələnin təfərrüatları, İraqdakı əks təsiri və necə nəticələnəcəyi barədə izahat tələb edib.
Cavab məktubunda həmçinin Patriot sisteminin qurulması istəyi barədə araşdırma aparıldığı və bu məsələ ilə bağlı ABŞ tərəfi ilə birgə görüş keçirdildiyini qeyd olunub. İraq baş naziri Esperdən Patriot sistemindən İŞİD, yaxud İsrail hücumlarına qarşı istifadə ediləcəyi barədə sual ünvanlayıb.